Şeytanı behanə etmə, yalandı,
Sənli arzularım viran , talandı
Bu yazıq qəlbimde odlar qalandı,
Gəl, yollarımızı ayırıb gedək ,
Burda sevgimizə artıq son verək
Boylanıb baxıram, yoldan kecənə ,
Xeyallar qururam həsrət bitənə,
Deyirəm hicranda qoyub gedənə,
Gəl, yollarımızı ayırıb gedək ,
Burda sevgimizə artıq son verək !
Ey gözümün nuru , başımın tacı ,
Dilin olub vallah, zəhərdən acı ,
Budur bu bəlanın ən son əlacı ,
Gəl, yollarımızı ayırıb gedək ,
Burda sevgimizə artıq son verək !
Daşıdın həsrəti mən bu qəlbimdə,
Sənə sitəm etmək yoxdur dilimdə,
Neyləyim, urəyim deyil əlimdə,
Gəl, yollarımızı ayırıb gedək ,
Burda sevgimizə artıq son verək
............................. Feride Acarakçay
Hiç yorum yok:
Yorum Gönder