Pazartesi, Mayıs 07, 2018

DEDIN



Wair Arazli
DEDIN

Səndən bir məhəbbət, sevgi istədim ,
Vermədin, özgənin yarıyam, dedin .
Bəhanə axtardın, mən də nə var ki,
Qocayam, yüz yaşlı qarıyam, dedin. 

Gülüm çoxdan solub, budağım qalıb ,
Aldanan aldanıb, alan da alıb .
Mən adlı bu bağı bir bağban salıb ,
Onun bağçasının barıyam, dedin .

Sevirəm soyləmə, dinc qoy dilini. 
Ciddi ol , qıraram yoxsa belini.
Tikanlı bir güləm, vurma əlini ,
Mən, məni yeyənin narıyam, dedin.

Açdın ürbəndini gözüm qamaşdı,
Elə bil lal oldum, dilim dolaşdı.
Bir busə istədim, ağılım çaşdı,
Mən güllər şahıyam, xarıyam, dedin.

Yalvarıb dil tökdüm, dedim, ey sənəm,
Səninçün od tutub alışan mənəm.
Min dərdin dərmanı, cana məlhəməm,
Güllərdən bal çəkən arıyam, dedin.

Təbəssüm eylədin, sarıldın mənə,
Bir anlıq başını qoydun sinəmə.
Saldın Ədaləti başqa aləmə,
Elə bil, sinənin tarıyam, dedin



FERİDE

Mən sənə məhəbbət verdim, almadın,
Gözünü kənardan evə yığmadın,
Öz isti yuvana soyuq caladın,
Indi nə mərhəmət umursan məndən?

Əl-ayaqdan düşüb, yaşa dolmusan,
Ömrünü, gününü sona vurmusan,
Bu yaşda deyəsən ağıllanmısan,
Indi də məhəbbət umursan məndən?

Hanı getdiyin yol, hanı o izlər?
Qocasan, vaxt keçib, bükülüb dizlər,
Görmüsən ömründə nə qədər üzlər,
Indi haqq-ədalət umursan məndən?

Bu sənin həyatın, bu bir gərdişdi,
Sənə məhəbbətim tamam dəyişdi,
Allahım, bu nədir, bu necə işdi,
İndi din, ibadət umursan məndən?

Ədalət, karvanın ünvana çatar,
Yalvarma, gecikdin, gedibdir qatar,
Ruzigar üzümdən abırı atar,
Indi nə xəcalət umursan məndən?

Könlünü qırmısan sən bu Fərişin,
Üsyan oldu sevgin, həm də hər işin,
Sən Allah mənimlə olmasın işin,
İndi nə əmanət umursan məndən?


Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...